Modern.az

"Real" 30 milyon avroluq transfer həyata keçirib

Aktual

21 Yanvar 2020, 18:33

“Real” “Flamenqo”nun yarımmüdafiəçisi Reynyeri transfer etməsi ilə bağlı məlumat yayıb.

 

Modern.az-ın məlumatına görə, 18 yaşlı braziliyalı Madrid klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. İspaniya təmsilçisi gənc futbolçuya görə 30 milyon avro ödəyib. Reynyer gələn ayın ortalarında “Real”ın əvəzedicilərdən ibarət “Kastilya” komandasına qoşulacaq.

Qeyd edək ki, Reynyer ötən il 17 yaşlıların Amerika Kubokunda Braziliya millisinin kapitanı olub və 3 qol vurub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!