Böyük Britaniyanın Kent qraflığındakı Duvr limanında 70 miqrant saxlanılıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, içərisində miqrantların olduğu qayıqların Duvr limanını keçməsinin qarşısı alınıb. Qayıqlarda ingilis və fransız patrul xidməti tərəfindən genişmiqyaslı əməliyyat aparılıb.
Qeyd edək ki, ötən ilin noyabr ayında 39, dekabr ayında 69 miqrant saxlanılıb, 100 nəfər isə qaçaqmalçılığa görə həbs edilib.