2019-cu ildə Bakı şəhəri UNESKO-nun qərarı ilə bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilmişdir. Bu əsasda Azerbaijan Design Award müsabiqəsi çərçivəsində Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı loqo müsabiqəsini elan edir.
Modern.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, müsabiqənin qalibi Apple Macbook Air 2019 noutbukunu qazanacaqdır. Mükafat qalibə Azerbaijan Design Award müsabiqəsinin yekun tədbirində təqdim olunacaqdır:
"Ölkəmizin bütün dizaynerlərini bu müsabiqədə iştirak etməyə dəvət edirik!
Layihələr azerbaijandesignaward.com saytında xüsusi “Baku Design City” kateqoriyasında qəbul olunacaq. Layihələrin qəbul tarixi 10 fevral - 20 fevral arasında aparılacaq. Müsabiqənin qalibi Azerbaijan Design Award 2020 layihəsinin final gecəsində canlı elan ediləcək".
İştirak şərtləri:
Qeydiyyat linki: azerbaijandesignaward.com/register
UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi haqqında məlumat: //en.unesco.org/creative-cities/home