Modern.az

Agentlik sədri istehsal tarixi ən çox dəyişdirilən məhsulları adlarını açıqladı

Agentlik sədri istehsal tarixi ən çox dəyişdirilən məhsulları adlarını açıqladı

13 Fevral 2020, 12:52

"AQTA-nın apardığı araşdırmalar nəticəsində istehsal tarixi ən çox dəyişdirilən süd və süd məhsulları, həmçinin qənnadı məhsullarıdır".

 

Modern.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin məhsulların son istifadə tarixlərinə müdaxilələr aşkarlanıb.

 

"Son fakt kimi Yeni il öncəsi uşaqlar üçün nəzərdə tutulan karamel məhsullarının son istifadə müddətinin dəyişdirilməsi aşkarlanmışdı", - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?