Modern.az

Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı

Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı

Aktual

22 Fevral 2020, 21:19

Nazirlər Kabineti “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

Modern.az  xəbər  verir ki,  dəyişikliyə əsasən, peşə təhsili müəssisəsinin fəaliyyətinin məqsədi və istiqamətləri sırasına yetkinlik yaşına çatmayanların psixoloji korreksiyasını təmin etmək daxil edilib.

Müvafiq olaraq peşə təhsili müəssisəsinin vəzifələri də artırılıb. Bu vəzifələr sırasına “Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirmək daxil edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə