Modern.az

Maska, spirt təminatı bizim səlahiyyətdə deyil - TƏBİB RƏSMİSİ

Maska, spirt təminatı bizim səlahiyyətdə deyil - TƏBİB RƏSMİSİ

Aktual

28 Fevral 2020, 18:06

Nazirlər Kabineti yanında operativ qərargah ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib ki, onların səlahiyyətində olan xəstəxanalarda belə problem yoxdur:

 

"Ümumi respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil".

 

TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, maskanı xəstəliyə yoluxmuş şəxs taxmalıdır:

 

"Bu da infeksiyanın ətrafa yayılmasının qarşısını alır".

 

Respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, maska qıtlığı məsələsi daha çox mətbuat tərəfindən şişirdilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi