Modern.az

Sabah xal qazanacağımıza inanıram - Yankoviç

Sabah xal qazanacağımıza inanıram - Yankoviç

İdman

24 Noyabr 2025, 23:16

Sabah çox güclü komandaya qarşı oynayacağıq.

 

Modern.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın “Napoli” komandası ilə keçiriləcək görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

 

O, nəticə üçün maksimum çalışacaqlarını deyib: “Belə komandalara qarşı matçlarda istənilən nəticə qeydə alına bilər. Təbii ki, çətin olacaq. Nəzərə alaq ki, rəqib doğma meydanda oynayır. Hazırda 7 xalımız var. İstənilən rəqibə qarşı mübarizə apara biləcəyimizi sübut etdik. Sabah da xal qazanacağımıza inanıram”.

 

Noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları