Modern.az

Neft Daşlarında çalışanlar barədə QƏRAR VERİLDİ

Neft Daşlarında çalışanlar barədə QƏRAR VERİLDİ

25 Mart 2020, 00:03

Azərbaycan hökuməti Neft Daşlarında çalışan işçilərlə bağlı qərar qəbul edib.

 

Modern.az-ın məlumatına görə, bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

Kabinet rəsmisi bildirib: "Anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır. Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər".

 

İ.Məmmədov qeyd edib ki, neftçilər həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?