Modern.az

Moskvada daha 56 nəfər koronavirusdan öldü

Moskvada daha 56 nəfər koronavirusdan öldü

10 İyun 2020, 00:58

Moskvada son bir sutkada daha 56 nəfər koronavirusdan dünyasını dəyişib.

 

Modern.az  xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

 

Məlumata görə, bununla da paytaxtda COVID-19 qurbanlarının ümumi sayı 3 085 nəfərə çatıb.

Moskvada koronavirusa ümumilikdə 198 590 nəfər yoluxub, 109 737 nəfər sağalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?