Ermənistanın Kotayk vilayətində ötən gün baş verən qəzanın detalları məlum olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Meqradzor-Qold” şirkətinə məxsus mədənin “Kəlbəcər” seksiyasına düşən qızıl axtaranlar dəm qazından zəhərləniblər. Hadisə zamanı 34 yaşlı Baqrat Xaçatryan, 29 yaşlı Ayk Safaryan və 27 yaşlı Aram Qoqolyanın cəsədləri tapılıb.
Faklta bağlı Razdan polisi cinayət işi açaraq araşdırmalar aparır.