Modern.az

Gəncədə növbəti dezinfeksiya FOTO

Gəncədə növbəti dezinfeksiya - FOTO

21 İyun 2020, 14:10

Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir. Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tətbiq olunan 2 həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib. Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində aparılan dezinfeksiya işləri davam edir.

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar.

Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” Park-bulvar kompleksi, Xan bağı, N.Nərimanov və M.Füzuli parklarının ərazisi xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Qeyd edək ki, dezinfeksiya işləri yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılır və gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?