Modern.az

Erməni həyasızlığı barədə

Erməni həyasızlığı barədə

28 İyun 2020, 13:04

Ceyhun Məmmədov, Milli Məclisin üzvü

 

Ermənilər tarix boyu azərbaycanlılara qarşı müxtəlif ərazi iddiaları ilə çıxış ediblər. Onlar XX əsrin əvvəlində İrəvanı, sonrakı dövrlərdə Zəngəzuru Azərbaycandan ayırdılar. 90-cı illərin əvvəlindən başlayaraq Qarabağı və ətraf rayonları işğal etdilər.
Hamımıza məlumdur ki, ermənilərin əsas məqsədi “Böyük Ermənistan” qurmaq və bütövlükdə Azərbaycanı işğal etməkdir. Artıq onlar yeni ərazi iddiaları ilə çıxış etməyə başlayıblar. Bu məqsədlə sosial şəbəkələrdə geniş təbliğat aparırlar. Belə ki, onlar Gəncədə qədim Alban məbədini müqəddəs Sarkis erməni kilsəsi adlandıraraq fotusonu yayıblar. Fotonun altında isə belə yazıblar: "Kirovabad, Ermənistanın qəlbi. Müqəddəs Sərkis kilsəsi".


Gəncədəki Alban kilsəsini erməni kilsəsi adlandırmaqdan daha da irəli gedərək hətta Azərbaycanı işğalçı dövlət adlandırıb, Gəncənin azərbaycanlılar tərəfindən 30 ildir ki, işğal edildiyini də yazırlar. Ermənilər Gəncəni qondarma Dağlıq Qarabağ respublikasının paytaxtı görmək istədiklərini, nə vaxtsa Gəncəyə öz torpaqlarına qayıdacaqlarını bildirməklə bərabər Naxçıvana göz dikdilərini də gizlətmirlər. 

Əslində Qarabağda, indiki Ermənistan ərazisində olduğu kimi, Həmdəki kilsə də qədim alban kilsəsidir və bunun ermənilərlə heç bir əlaqəsi yoxdur. Tarixi mənbələrdə bu barədə geniş məlumat var. 

 

Bütün bunlar onu göstərir ki, sərsəm fikirlərdən və hiyləgər planlarından əl çəkməyən xain düşmənlər  işğal etdikləri torpaqlarımızla kifayətlənmək fikrində deyillər, bütövlükdə Azərbaycan adlı dövlətin olmasından narahatdırlar və onlar imkan düşdükcə Gəncə və Naxçıvanı da işğal etmək haqqında yeni planlar qururlar.

Ermənilərin bütün bu “uğurlarında” bir çox amillər, o cümlədən, ümummilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirmələri, uzun müddətli strategiya, düşünülmüş plan ciddi rol oynayıb.
Bizim başımıza gələn bir çox bəlaların kökündə isə tarixən birlik və həmrəyliyimizi qoruya bilməməyimiz, bir sıra hallarda şəxsi mənafeyi ümumi mənafeydən üstün tutmağımız, münaqişənin ilkin dövrlərindən başlayaraq uzunmüddətli strategiyamızın olmaması və digər amillər durur.


Bütün dövrlərdə olduğu kimi, bu gün də daha çox birlik və həmrəyliyə böyük ehtiyacımız var. Buna nail olmaq və qorumaq hər birimizdən asılıdır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?