Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı mikroavtobus velosiped sürən Abşeron rayonu Saray qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Tahirov Əflatun Ərəstun oğlunu vurub.
Qəza nəticəsində 28 yaşlı gənc mikroavtobusun altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.(APA)