Misir hökuməti metroda gediş haqqının artırıldığı barədə məlumat yayıb.
Modern.az AZƏRTAC-a istinadən bildirir ki, bu qərar metronun zərərlə işləməsi ilə əlaqədardır. Belə ki, yeraltı nəqliyyatın 4 milyard Misir funtu (LE) məbləğində (251 milyon dollar) gəliri xərclərin yalnız 50 faizini ödəyir.
Misirin Nəqliyyat naziri bildirib ki, avqustun 19-dan etibarən metroda gediş haqqı 30 faiz artırılır. O əlavə edib ki, Qahirə metrosunda 9 stansiya məsafəsində biletin qiyməti 3 LE-dən (1,8 dollar) 5 LE-yə (2,2 dollar), daha uzaq məsafəyə gediş haqqı isə 5 LE-dən 7 LE-yə (2,6 dollar) qaldırılıb. Nazir qeyd edib ki, uzaq məsafəyə səyahət edənlər üçün metro yenə də ən sərfəli nəqliyyat növü olaraq qalır.
Nazir onu da bildirib ki, yeraltı nəqliyyatın rentabelliyi yeni tunellərin və stansiyaların istifadəyə verilməsinə də şərait yaradır. Onun sözlərinə görə, son illərdə Qahirə metrosunun 3-cü xəttində 19 stansiyanın istifadəyə verilməsi, habelə kondisionerlə təchiz edilmiş 32 qatarın alınmasına 400 milyon dollar xarici kredit cəlb olunub.