Modern.az

Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişib

Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişib

19 Avqust 2020, 22:20

Cüdo üzrə Azərbaycanın əməkdar məşqçisi, idman ustası,ölkə idmanının inkişafında böyük xidmətləri olmuş Vladimir Sidorenko vəfat edib.

Modern.az  xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Respublika dərəcəli hakim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Federasiyanın rəhbərliyi və kollektivi V.Sidorenkonun vəfatından kədərləndiklərini bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?