Modern.az

TƏBİB həkimlərə istirahət verdi: “Payıza hazırlıq işləri görülür”

TƏBİB həkimlərə istirahət verdi: “Payıza hazırlıq işləri görülür”

21 Avqust 2020, 17:25

“Yoluxmanın azalması və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

O bildirib ki, həm Bakıda, həm də bölgələrdə payıza hazırlıq görülür.

“Bütün başqa ixtisasda çalışan həkimlərimiz də bu təlimlərə qoşulub. Bu, bütün dünyada belədir. Yoluxmanın azalması və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb. Həkimlərə istirahət verilib. Payıza hazırlıq işləri görülür”, - deyə Y. Qarayeva qeyd edib. 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?