Modern.az

“Toppuş bacı” xərçəngdən sağaldı

“Toppuş bacı” xərçəngdən sağaldı

6 Dekabr 2020, 19:10

Əməkdar artist Tünzalə Əliyeva xərşəng xəstəliyindən sağalıb.

 

Modern.az xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb. "Toppuş bacı" ləqəbli aktrisa bildirib ki, analizlərinin cavabı yaxşı olub və xərçəng xəstəliyinə qalib gəlib:

 

"Mənə gözəl sözlər, dualar yazırdınız. Dualarınız qəbul oldu, iki gün əvvəl aldığım analiz cavablarına görə törəmə və metastaz yoxdur. Bu, o deməkdir ki, mən xərçəngdən xilas oldum. Mənə təmənnasız qayğı göstərdiklərinə görə Milli Onkologiya Mərkəzinə təşəkkür edirəm. Məni sağlam ailəmə qaytardılar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?