Modern.az

Bakıda piyadanı maşın vurdu

Bakıda piyadanı maşın vurdu

Aktual

8 Dekabr 2020, 23:08

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

 

Babək prospektində 1973-cü il təvəllüdlü Talıbov Fuad İslam oğlu yolun qadağan olunmuş hissəsindən keçərkən avtomobil onu vurub. Nəticədə F.Talıbov müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ göz nahiyəsinin gematoması və sağ baldır sümüyünün sınığı diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?