Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə 136 nəfərlik heyəti Azərbaycana gəlib.
Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Türkiyəli hərbi mütəxəssislər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi işini həyata keçirəcək", - deyə Nazirlikdən bildirilib.