Modern.az

“Fənərbaxça” 1/8 finala çıxdı

“Fənərbaxça” 1/8 finala çıxdı

Aktual

17 Dekabr 2020, 00:20

Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin daha 5 oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Fənərbağça" doğma meydanda II liqa təmsilçisi "Karacabey Belediyespor"la qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda yeganə qolu 11-ci dəqiqədə qonaqların futbolçusu Onur Özcan öz qapısından keçirib. Meydan sahibləri 29-cu dəqiqədə azlıqda qalıblar. Qapıçı Altay Bayındır qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, İstanbul klubu çətin qələbə sayəsində 1/8 finala vəsiqə əldə edib.

 

Qeyd edək ki, bugünkü matçlardan sonra "Fənərbağça" ilə yanaşı, "Erzurumspor", "Qaziantepspor", "Alanyaspor" və "Adana Demirspor" növbəti mərhələyə adlayıb. "Trabzonspor" isə ölkə kubokunda mübarizəni dayandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?