Modern.az

Yaponiya hökuməti ölkəyə girişə qadağa qoydu  

Yaponiya hökuməti ölkəyə girişə qadağa qoydu  

Aktual

27 Dekabr 2020, 08:44

Yaponiya hökuməti dünyanın bütün ölkələrindən və regionlarından müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib. Bu zaman ölkəyə qayıdan yaponlar və Yaponiya ərazisində uzun müddət yaşamaq hüququna malik olan əcnəbilər istisna təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə dekabrın 26-da hökumət tərəfindən yayılan bəyanatda bildirilib.

 

Sənəddə deyilir: “Məhdudiyyət bir sıra ölkələrdə koronovirusun yeni ştammının müəyyən edilməsi ilə bağlı fasiləsiz qaydada həyata keçirilən tədbirlərə uyğun olaraq tətbiq edilir”.

 

Qeyd edilir ki, həmin tədbir dekabrın 28-dən gələn il yanvarın sonunadək qüvvədə olacaq.

 

Bununla yanaşı, qısa müddətli biznes ezamiyyələrdə iştirak edən Yaponiya sakinləri üçün nəzərdə tutulan yumşaldılma da aradan qaldırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?