Modern.az

“Seçicilərimiz Kəlbəcərdəki bərpa işlərində iştirak etmək istəyirlər” - Deputat

“Seçicilərimiz Kəlbəcərdəki bərpa işlərində iştirak etmək istəyirlər” - Deputat

Aktual

16 Mart 2021, 16:42

“Seçicilərimiz doğma Kəlbəcərimizdə bərpa işlərində iştirak etmək istəyirlər”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aqil Məmmədov deyib.

Deputat bildirib ki, Kəlbəcər rayonunda da geniş bərpa işlərinə başlanılıb:

“Kəlbəcər rayonunda aparılan tikinti abadlıq işlərində iştirak edəcək dövlət qurumlarından, özəl şirkətlərdən o bölgənin insanlarına üstünlük vermələrini xahiş edirəm. Kəlbəcər təbii sərvətlərlə zəngin olan bölgədir. “İstisu” dünyada mövcud olan ən qiymətli mineral sulardan biridir. 2 hissədən, 12 bulaqdan ibarətdir. Azərbaycanda mövcud olan mineral suların qiyməti ilə müqayisə aparsaq, nə qədər itkiyə yol verildiyini görürük. Seçicilərimiz xahiş edir ki, dövlət büdcəsi hesabına orada sudoldurma zavodu tikilsin. Bu, yeni iş yerinin yaranmasına da imkan yaradacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat