Modern.az

“Atalanta” “Yuventus”u geridə qoydu

“Atalanta” “Yuventus”u geridə qoydu

18 Aprel 2021, 20:27

Futbol üzrə İtaliya A Seriyasının 31-ci turunda "Atalanta" - "Yuventus" qarşılaşması baş tutub.

 

Modern.az xəbər verir ki, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 87-ci dəqiqədə ukraynalı yarımmüdafiəçi Ruslan Malinovski vurub.

 

Bu qələbə ilə aktivinə 3 xal yazdıran "Atalanta" 64 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Yuventus" isə 62 xalla 4-cü yerə yuvarlanıb. Hazlrda İtaliya çempionatına 74 xalla "İnter" başçılıq edir. İkinci sırada 66 xalla "Milan" qərarlaşıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?