Modern.az

“Din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir” - Məlahət İbrahimqızı

“Din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir” - Məlahət İbrahimqızı

Aktual

4 May 2021, 11:45

“Azərbaycanda din xadimlərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir. Bu proses ictimaiyyətin, tanınmış adamların iştirakıyla baş tutmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentdə deyib.

O qeyd edib ki, bu günlərdə Lerikdə baş verən dəhşətli hadisənin şahidi olduq:

“Elə din xadimləri seçilməlidir ki, bütövlükdə milli dəyərlərimizə, əxlaqımıza zidd olan hadisələr  baş verməsin. O cümlədən yas mərasimlərində də biz cahil qadın din xadimlərinə rast gəlirik. Hamı da məcburdur ki yas məclisinin sahibinə  hörmət etsin, sakit dursun. Ancaq dindən bixəbər məsələlərdən danışırlar”.

 

Sizə yeni x var
Keçid et
İran Bakını müharibə ilə hədələdi