Modern.az

Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş katibi vəfat etdi

Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş katibi vəfat etdi

8 May 2021, 08:41

 

Modern.az xəbər verir ki, bu barədə Tomsk vilayət administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri Aleksey Sevostyanov bildirib.

 

Qeyd edək ki, Sovet və Rusiyanın siyasi dövlət xadimi Y.Liqaçev 1983-1990-cı illərdə Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışıb.

O, 29 Noyabr 1920-ci ildə Tomsk vilayətinin Dubinkino kəndində (indiki Novosibirsk vilayətinin Çulymski rayonu) anadan olub. 1985-ci ilin aprelindən Siyasi Büronun üzvü, 1985-1988-ci illərdə, Sov.İKP MK-nın ideologiya məsələlər üzrə məsul şəxsi idi.

SSRİ-də alkoqolla mübarizə kampaniyasının təşəbbüskarlarından olan Liqaçev Boris Yeltsinə söylədiyi, "Boris, yanılırsan" ifadəsi ilə də məşhur idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?