Modern.az

“Vətənpərvərlik tərbiyəsi haqqında” qanunun hazırlanmasına başlandı

“Vətənpərvərlik tərbiyəsi haqqında” qanunun hazırlanmasına başlandı

8 Sentyabr 2021, 16:14

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyasında onlayn formatda birinci iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda çıxış edən komitə sədri Bəxtiyar Əliyev “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar məlumat verib.

 

Bildirib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı qanunvericilikdə addımlar atılması barədə verdiyi tövsiyəyə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb.

 

Qeyd olunub ki, həmin tövsiyəyə uyğun olaraq Milli Məclisdə “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb.

 

B.Əliyev hazırlanan qanun layihəsinin ümumi konseptual istiqamətləri və komitənin qarşıdakı payız sessiyası üçün iş planında nəzərdə tutulan digər məsələlər barədə fikirlərini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?