Modern.az

Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama

Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama

22 Oktyabr 2021, 18:42

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər polisin keçirdiyi tədbirlərlə son 10 gündə tutularaq istintaqa cəlb edilib.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, keçirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri kampaniya xarakteri daşımır.

Bu istiqamətdə bütün ölkə miqyasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq