Modern.az

Bizdə dolları saxtalaşdırma həddi yüksək deyil  - Elman Rüstəmov

Bizdə dolları saxtalaşdırma həddi yüksək deyil  - Elman Rüstəmov

Aktual

29 Oktyabr 2021, 11:29

“Dolların satışının dayandırılması ilə bağlı məlumatlar əsassızdır”.

Modern.az xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında bildirib.

 

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank tərəfindən kommersiya banklarına belə göstərişlər verilməyib:

 

“O ki, qaldı dövriyyədəki saxta dollara qarşı mübarizəyə, Mərkəzi Bank bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur. Cari il ərzində cəmi 271 ədəd milli, 275 ədəd xarici əskinaslar aşkarlanıb. Bu isə xariclə müqayisədə yüksək göstərici deyil. Ümumiyyətlə bizdə saxtalaşdırma yüksək deyil”.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır