Modern.az

İranda təyyarələrin 50 faizindən çoxu uça bilmir - SƏBƏB

İranda təyyarələrin 50 faizindən çoxu uça bilmir - SƏBƏB

Aktual

7 Dekabr 2021, 15:32

İranda təyyarələrin 50 faizindən çoxu sanksiyalara görə uça bilmir.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu İran Hava Yolları Şirkətləri Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əli Rıza Berhor aviaşirkətlərdən kömək istəyərkən açıqlayıb.

O ölkədəki təyyarələrin 170 -nin sanksiyalar səbəbindən mühərrik və digər ehtiyat hissələrinin təmir oluna bilmədiyini bildirib.

Berhor İranda mövcud olan təyyarələrin maliyyə imkanları olmadığı üçün uça bilmədiyini və problemə görə insanların hava nəqliyyatından yetərincə yararlana bilmədiklərini qeyd edib. Proses belə davam edəcəyi təqdirdə, işləməyən təyyarələrin sayı artacaq və problemin daha da böyüyəcəyini bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı