Modern.az

Böyrək çatışmazlığı ilə uşaq dünyaya gətirmək şansı aşağıdır

Böyrək çatışmazlığı ilə uşaq dünyaya gətirmək şansı aşağıdır

14 Dekabr 2021, 12:19

“Əvvəlcədən məlum olan böyrək və sidik yolları xəstəlikləri müalicə olunmadan hamiləlik başlayırsa, onlarla bağlı ciddi problemlərin yaranma riski çox yüksək olur”.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, uroloq Vəfa Əbdürəhimova bildirib.

 

Onun sözlərinə görə, hamiləlik zamanı böyrəklərin üzərinə düşən yük artdığından onların funksiyasının göstəricilərindən olan qanda kreatininin miqdarı vaxtaşırı yoxlanmalıdır:

 

“Sidik infeksiyalarının və digər urololi xəstəliklərin ağırlaşmaları hamilədə anemiya, sepsis, böyrək çatışmazlığı, arterial təzyiqin kəskin artması hallarına gətirib çıxara bilir. Bu da sözsüz ki, ana bətnində inkişaf edən dölə təsirsiz ötüşmür, onda müxtəlif inkişaf qüsurlarına, vaxtından əvvəl doğuma səbəb ola bilir”.

 

Həkim qeyd edib ki, yoxlanmadan, böyrək çatışmazlığı ilə hamilə qalmış qadının canlı uşaq dünyaya gətirmək şansı çox aşağı düşür.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat