Modern.az

Ermənistan Azərbaycanla sərhədə qoşun yığır - VİDEO

Ermənistan Azərbaycanla sərhədə qoşun yığır - VİDEO

Aktual

20 Oktyabr 2022, 10:12

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədə əlavə hərbçilər cəlb edir.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində bununla bağlı görüntülər yayılıb.

 

Şəxsi heyəti daşıyan hərbi maşınların sərhədə doğru hərəkət etdiyi ehtimal olunur. 

 

Müdafiə Nazirliyinin daha öncə yaydığı məlumata görə, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusu cəmləşdirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi