Modern.az

İranda güclü partlayış - Ölənlər var

İranda güclü partlayış - Ölənlər var

Aktual

27 Oktyabr 2022, 11:50

İranda oksigen zavodunda güclü partlayış olub.

 

Modern.az xəbər verir ki, partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində qeydə alınıb.

 

Məlumata görə, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Gecə saatlarında baş vermiş partlayışın ilkin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu