Modern.az

Ölkəmizdə 76 min ailə sosial yardım alır

Ölkəmizdə 76 min ailə sosial yardım alır

Ölkə

16 Mart 2026, 14:13

2025-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,1 min nəfərə isə birdəfəlik sosial yardım ödənilib.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Ünvanlı sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği isə 95,7 manat təşkil edib.

Bundan əlavə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min nəfərə müalicə üçün birdəfəlik sosial yardım ödənişi həyata keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ