Modern.az

Ukraynaya 18 milyard avro yardım ayrılacaq

Ukraynaya 18 milyard avro yardım ayrılacaq

Aktual

24 Noyabr 2022, 16:20

Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımı ayırması planını dəstəkləyiblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytı məlumat yayıb.

 

Parlamentarilər hesab edirlər ki, bu məbləğ Ukraynanın əsas dövlət xidmətlərinin göstərilməsi və kritik infrastrukturun bərpası üçün aylıq ehtiyaclarının bir hissəsini ödəməyə kömək edəcək.

 

Dəstək paketi gələn ilin əvvəlindən müntəzəm hissələrlə kreditlər şəklində veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi