Modern.az

Taksi qiymətləri kəskin ARTDI

Taksi qiymətləri kəskin ARTDI

9 Yanvar 2023, 10:16

Bakıda qarlı hava şəraiti ilə əlaqədar taksilərdə gediş haqqı kəskin artıb.

 

Modern.az xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkə hesablarında məlumat paylaşıblar.

 

Bildirilib ki, qardan sonra taksi tapmaq çətinləşib. Məlumata görə, bundan əvvəl 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat gediş haqqı tələb olunur. 

 

Qeyd edək ki, ötən gecədən başlayaraq Bakı və Abşeron yarımadasında qar yağır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada