Modern.az

Dəmir yolundan oğurluq edən şəxs TUTULDU

Dəmir yolundan oğurluq edən şəxs TUTULDU

26 Aprel 2023, 12:14

Xaçmazda dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Rahim Vəliyevi saxlayıblar.

 

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.

 

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?