Fransa və Azərbaycan uzun illər qarşılıqlı əlaqələri olan ölkələrdir.
Modern.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Azərbaycanın əziyyətini görürük və dəyərləndiririk. Biz mina ilə bağlı çağırışlarınıza səs vermişik. Minatəmizləmə üçün yarım milyona yaxın vəsait ayırmışıq", - o deyib.
XİN başçısı qeyd edib ki, tərəflər arasında sülh yalnız danışıqlar yolu ilə olmalıdır. "Mənə elə gəlir ki, sülh üçün şans var. Tərəflər arasında toqquşmaların qarşısı alınmalıdır",- deyə fransalı nazir vurğulayıb.