Modern.az

Sudanda atəşkəs müddəti uzadıldı

Sudanda atəşkəs müddəti uzadıldı

Aktual

28 Aprel 2023, 00:38

Sudan Silahlı Qüvvələri atəşkəsi daha 72 saat uzatmağa razılıq verib.

 

Modern.az xəbər verir, bu barədə ordunun "Facebook" səhifəsində məlumat yayılıb.

 

Qərar Səudiyyə Ərəbistanı və ABŞ-ın köməyi sayəsində qəbul edilib.

 

Atəşkəs müxtəlif ölkələrdən əcnəbilərin təxliyəsi prosesi üçün uyğun şəraitin yaradılması və Sudan vətəndaşlarına humanitar yardımın göstərilməsi məqsədi ilə uzadılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?