Modern.az

3 nəfəri güllələyən şəxs özünü öldürdü

3 nəfəri güllələyən şəxs özünü öldürdü

30 Aprel 2023, 20:06

Portuqaliyanın paytaxtından təxminən 45 kilometr cənubda yerləşən Setubal şəhərində silahlı şəxs insanlara atəş açıb.

 

Modern.az "CNN Portugal"a istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər həlak olub. Cinayəti törədən şəxs intihar edib.

 

Hadisənin səbəbləri və təfərrüatı hələlik məlum deyil. 

 

Cinayətin yoxsul insanların yaşadığı məhəllədə baş verdiyi və polis əməkdaşlarının hadisə yerinə gələndə silahlı şəxsin intihar etdiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?