ABŞ dövlət katib Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü barədə paylaşım edib.
Modern.az xəbər verir ki, o, özünün "Twitter" səhifəsində görüşlər zamanı sülhdən danışıldığını bildirib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Milli Xarici Əlaqələr Tədris Mərkəzində görüş keçirdik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır", - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Hosting peace talks this week with Foreign Minister @AraratMirzoyan and Foreign Minister @Bayramov_Jeyhun at our new facility at the George P. Schultz National Foreign Affairs Training Center. Dialogue is key to reaching a lasting peace in the South Caucasus region. pic.twitter.com/LGYEkcq3ig
— Secretary Antony Blinken (@SecBlinken) May 1, 2023