Modern.az

Faktiki hava şəraiti AÇIQLANDI

Faktiki hava şəraiti AÇIQLANDI

2 May 2023, 14:10

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış müşahidə olunur.

 

Quba, Xaltan, Qrız, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb. Mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.

 

Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?