Modern.az

Rusiyalı məşhur modelyer vəfat etdi

Rusiyalı məşhur modelyer vəfat etdi

2 May 2023, 14:40

Rusiyalı məşhur modelyer Valentin Yudaşkin vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı "Birinci Kanal"a məlumat verib.

 

59 yaşlı modelyerin ölüm səbəbi açıqlanmır. 2016-cı ildə Yudaşkində böyrək xərçəngi, sonra isə başında metastazlar aşkarlanıb. Həmin vaxtdan müalicə olunurdu.

 

Valentin Yudaşkin karyerasına 1980-ci illərdə başlayıb. Onun ilk kolleksiyası 1991-ci ildə Parisdə təqdim olunub. Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan modelyer Rusiyanın Xalq artisti (2005), Rusiyanın Əməkdar incəsənət xadimi (1999) fəxri adlarına layiq görülüb.

 

Putin Yudaşkin vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?