Modern.az

Şimal rayonlarına qar yağıb - FAKTİKİ HAVA

Şimal rayonlarına qar yağıb - FAKTİKİ HAVA

3 May 2023, 10:00

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?