Modern.az

Sağalanlar yoluxanları üstələdi - 5 nəfər öldü

Sağalanlar yoluxanları üstələdi - 5 nəfər öldü

3 May 2023, 16:02

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 831 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 953 nəfər müalicə olunaraq sağalıb, 10 250 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir.

 

Son sutka ərzində 1 471, hazırkı dövrədək isə 7 593 644 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?