ABŞ-da süni intellekt üzərində işləyən texnologiya şirkətlərinin rəhbərləri ilə Prezident Co Bayden arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Görüşdə Google, Microsoft və OpenAI şirkətlərinin rəhbərləri iştirak edib. Bayden görüş zamanı bu sektorda baş verən hadisələrin dövlət tərəfindən tənzimlənəciyini vurğulayıb.
Bard və ChatGPT kimi proqramlar süni intellektin gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.
Xatırladaq ki, ChatGPT adlı süni intellekt söhbət botu OpenAI şirkəti istehsal edib.