Modern.az

Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə müzakirə aparıldı

Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə müzakirə aparıldı

Aktual

6 May 2023, 16:12

Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılmış daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınması və digər tələblərə dair işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və təhlili işi aparılıb.

 

Bu barədə Modern.az-a Ali Məhkəmədən məlumat verilib.

 

Ümumiləşdirmənin nəticələrinə dair mayın 6-da Ali Məhkəmədə ölkə üzrə inzibati mübahisələrə baxan hakimlər və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyəti ilə bağlı işlərə məhkəmələrdə baxılarkən ortaya çıxan problemlər, inzibati orqanlarda məhkəməyədək aparılan icraatın səmərəliliyinin artırılmasına yönəlmiş görülməli işlər, məhkəmələrin iş yükünün optimallaşdırılmasına dair, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?