Modern.az

Pomidorun insan orqanizmi üçün FAYDALARI

Pomidorun insan orqanizmi üçün FAYDALARI

Aktual

7 May 2023, 09:15

Pomidorun tərkibindəki likopin antioksidantı onkoloji xəstəliklərin profilaktikası effektini təmin edir.

 

Modern.az “MedikForum”a istinadən xəbər verir ki, bu barədə həkim-diyetoloq Yevgeni Arzamastsev bildirib.

 

Həkimin sözlərinə görə, pomidor ürək və damar sisteminin fəaliyyəti üçün faydalı olan kaliumun zəngin mənbəyidir. Kalium orqanizmdə natriumun tarazlığına köməklik edir, bu tarazlıq isə qan təzyiqini normallaşdırır. Mütəxəssis vurğulayıb ki, normal təzyiq ürək-damar sisteminin fəaliyyəti üçün olduqca vacibdir.

 

Bundan əlavə, pomidorun tərkibindəki lif sayəsində bağırsağın fəaliyyəti yaxşılaşır, toksinlər bədəndən çıxarılır. Pomidordakı lif qəbizliyin, eləcə də bağırsaq traktında kanserogen törəmələrin əmələ gəlməsinin qarşısını alır. Tibb işçisinin sözlərinə görə, əks-göstəricilər olmadıqda, pomidor həftədə dörd dəfəyədək istehlak oluna bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?