Modern.az

İncenin geri çəkilməsi CHP-ni sevindirməsin - AKP-dən reaksiya (ÖZƏL)

İncenin geri çəkilməsi CHP-ni sevindirməsin - AKP-dən reaksiya (ÖZƏL)

11 May 2023, 16:42

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Məmləkət Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədlikdən geri çəkilməsinə münasibət bildirib.

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM)  AKP-dən seçilən deputatı Şener Yediyıldız partiyasının mövqeyini Modern.az-a açıqlayıb. O bildirib ki, İnce seçki kampaniyasını uğurla apara bilmədiyinə və qalib gəlməyəcəyinə əmin olduğuna görə, geri çəkilməyə qərar verib:

 

“Türkiyə həyati əhəmiyyətli seçkilərə doğru gedir. 14 may seçkiləri Türkiyə üçün tarixi əhəmiyyət daşıyır. Bunun üçün hər kəsin bir rolu var. Məmləkət Partiyasının sədri PKK terror təşkilatı və Xalqların Demokratik Partiyası ( HDP) ilə ittifaqı dəyərləndirərək, Cümhuriyyət Xalq Partiyasında (CHP) həqiqətən vətənini sevən insanları özünə çəkmək istədi. Bunu bir qədər bacardı. Lakin işi apara bilmədiyi üçün yeni bir cəhd etmək istədi. Gündəmə gələ bilmək üçün bir şansı qalmışdı, o da namizədlikdən geri çəkilmək idi. İnce bunu etdi”.

 

 

AKP təmsilçisi İncenin seçki marafonundan geri çəkilməsinin CHP üçün müsbət nəticə vəd etdiyinə inanmadığını bildirib:

 

“Onun 7% civarında səsi vardı. Səsi daha da düşməsin deyə belə bir addım atdı. Səsinin az olması səbəbilə geri çəkilmənin digər partiyalara elə də təsiri olmaz. Mən bunun CHP-yə müsbət nəsə vəd etdiyini düşünmürəm”.  

 

Xatırladaq ki, bu gün Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce ictimaiyyətə müraciətində namizədlikdən geri çəkildiyini elan edib.


İnce digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?