Modern.az

Skuter qəzalarının sayı artır - Parlament sərt tədbirlər gördü

Skuter qəzalarının sayı artır - Parlament sərt tədbirlər gördü

13 May 2023, 13:07

Qazaxıstan parlamenti ölkənin yol hərəkəti qaydaları ilə bağlı qanuna düzəlişləri təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "KazTAG" agentliyi məlumat yayıb.

 

Yeni dəyişikliyə əsasən, elektrikli skuterlər nəqliyyat vasitəsi hesab ediləcək. Vətəndaşlar bu skuterlərlə səkilərdə və yol kənarlarında saatda 6 kilometr sürətlə hərəkət edə biləcəklər.

 

İnsanlar elektrikli skuterləri yolun sağ zolağında istifadə edə biləcək, lakin bu hüquq yalnız 18 yaşını tamamlayan və sürücülük vəsiqəsi olanlara veriləcək.

 

Qazaxıstanın daxili işlər naziri Marat Ahmetcanov mövzu ilə bağlı açıqlamasında bildirib ki, ilin əvvəlindən bu yana ölkədə elektrikli skuterin iştirakı ilə 44 yol qəzası baş verib.

 

O, ötən il belə bir yol qəzası nəticəsində 1 nəfərin öldüyünü qeyd edib. "Bu gün çox təəssüf ki, moped və skuter sürücülərinin iştirakı ilə qəza halları çoxalıb və buna görə də hüquqi tənzimləmənin vaxtı çatıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?