Modern.az

İşçi Qrupun tərkibi təsdiqləndi

İşçi Qrupun tərkibi təsdiqləndi

Aktual

17 May 2023, 16:34

“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiq edilib.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, bu qayda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibini, təşkili və fəaliyyəti qaydasını müəyyən edir. İşçi Qrup İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərir.

 

Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) nümayəndələrindən ibarət olur. İşçi Qrupun tərkibinə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?